...

Bakıda daha bir küçədə piyada keçidi təşkil edildi (VİDEO)

Cəmiyyət Materials 2 Fevral 2023 14:31 (UTC +04:00)
Bakıda daha bir küçədə piyada keçidi təşkil edildi (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaş müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən 8 Noyabr prospekti ilə Kazımağa Kərimov küçəsinin kəsişməsində nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, layihədən əvvəl ərazidə piyada keçidinin çatışmazlığı və sürücülərin sürət həddinə əməl etməməsi səbəbindən qəza riskləri yüksək olub.

Görülən işlər çərçivəsində ərazidə svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib, səkilər və panduslar inşa edilib, zəruri yol nişanları və məhəccərlər quraşdırılıb, asfalt üzərində xəbərdaredici iki komponentli boyalar və digər nişanlanma xətləri çəkilib.

Görülən işlərin nəticəsi olaraq ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların təhlükəsizlik səviyyəsi artırılıb, inşa edilmiş səkilər, panduslar, xüsusilə svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində piyadaların, həmçinin gözdən əlil şəxslərin əlçatanlığı təmin edilib, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı minimuma endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti