...

“Azərpoçt” Türkiyədə zərərçəkənlərə yardım məqsədilə göndərilən puldan komissiya tutmayacaq

Cəmiyyət Materials 8 Fevral 2023 16:05 (UTC +04:00)
“Azərpoçt” Türkiyədə zərərçəkənlərə yardım məqsədilə göndərilən puldan komissiya tutmayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir.

Bu barədə Trend-ə “Azərpoçt” MMC-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmayacaq.

"Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti