...

“Azərpoçt”un bütün şöbələrində Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım qəbuluna başlanıb

Cəmiyyət Materials 9 Fevral 2023 14:41 (UTC +04:00)
“Azərpoçt”un bütün şöbələrində Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım qəbuluna başlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Bildirilir ki, göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə, bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.

Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.

Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir.

Yardım məqsədilə aşağıdakı geyim və əşyaların göndərilməsi tövsiyə olunur:

Geyimlər: palto, plaş, papaq, şərf, əlcək, qış ayaqqabıları, isti üst geyimləri, alt paltarları.

Digər əşyalar: çadır, döşək, yorğan, yastıq, termos, uşaq bezləri, əl fənəri, generator.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti