...

Zəngilanın Ağalı kəndinə növbəti köçlə bağlı hazırlıq işləri görülür - Vahid Hacıyev

Cəmiyyət Materials 18 Fevral 2023 13:16 (UTC +04:00)
Zəngilanın Ağalı kəndinə növbəti köçlə bağlı hazırlıq işləri görülür - Vahid Hacıyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Zəngilan. Trend:

Zəngilan rayonunun Ağalı kəndinə ailələrin köçürülməsi prosesi davam edir.

Trend-in məlumatına görə, bunu bu gün Zəngilan rayonuna mediatur zamanı Prezidentin Cəbrayıl, Zəngilan və Qubadlı Rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, növbəti köçlə bağlı hazırlıq işləri görülür: "Bilirsiniz ki, ötən il Ağalı kəndinə 326 nəfərdən ibarət 66 ailə köçürülüb. Həmin ailələr artıq Ağalı kəndində yaşayır, işləyir. Hazırda bu proses davam edir. Bu ayın sonuna iki mərhələdən ibarət köç nəzərdə tutulur. Fevralın sonu, martın əvvəlində 20 ailənin Ağalı kəndinə köçürülməsi planlaşdırılır. Artıq evlər hazırdır, öz sakinlərini gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti