...

Sumqayıtdan Türkiyəyə göndərilən 15 modul ev və 76 ton yardım Qaziantep və Hataya çatdırılıb

Cəmiyyət Materials 23 Fevral 2023 13:28 (UTC +04:00)
Sumqayıtdan Türkiyəyə göndərilən 15 modul ev və 76 ton yardım Qaziantep və Hataya çatdırılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Sumqayıt. Trend:

Sumqayıt şəhər İcra Hakimiyyətinin Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi 15 modul tipli ev ünvana çatdırılıb.

Bunu Trend-ə açıqlamasında Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov deyib.

O bildirib ki, modul evlər və 721 min manatlıq 76 tondan artıq zəruri yardım Türkiyənin Qaziantep və Hatay bölgəsində ehtiyacı olan insanlara verilib. Bu gün isə növbəti 6 modul ev və 91 min manatlıq zəruri yardım Türkiyəyə yola salınır".

T. Səmədov deyib ki, Sumqayıt şəhərində yardımların toplanması bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti