...

Ötən il Azərbaycanda pensiyalara xərclənən vəsaitin həcmi açıqlanıb

Cəmiyyət Materials 17 Mart 2023 11:35 (UTC +04:00)
Ötən il Azərbaycanda pensiyalara xərclənən vəsaitin həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda pensiyalara xərclənən vəsaitin həcmi açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Sənəddə qeyd edilir ki, 2022-ci ildə pensiya xərcləri 4 milyard 947 milyon 700 min manat təşkil edib.

2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun ümumi xərcləri 5 milyard 252,1 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 409,5 milyon manat və 8,5 faiz çox olub. Hesabat dövründə əhaliyə ödənişlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 5 milyard 84,3 milyon manat vəsait xərclənib ki, bu da 2021-ci illə müqayisədə 7,8 faiz çoxdur.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti