...

Belçikada hökumət telefonlarında TikTok-a qadağa qoyulub

Cəmiyyət Materials 11 Mart 2023 03:22 (UTC +04:00)
Belçikada hökumət telefonlarında TikTok-a qadağa qoyulub

Bakı. Trend:

Belçika Milli Təhlükəsizlik Şurası Çin sosial media tətbiqi olan "TikTok"dan hökumət smartfonlarında istifadəsinə qadağa qoyub.

Trend-in məlumatına görə, bu barədə Belçika baş naziri Aleksandr de Kro deyib.

"Dövlət Təhlükəsizlik Xidmətinin (VSSE) təhlili və Belçika Kibertəhlükəsizlik Mərkəzinin (CCB) rəyinə əsasən, martın 10-da Milli Təhlükəsizlik Şurası federal dövlət xidmətlərinin şəxsi heyətinin rəsmi cihazlarına "TikTok" tətbiqinin quraşdırılmasına müvəqqəti qadağa qoyub", - deyə bildirilib.

Belçika hakimiyyəti qadağanı "TikTok"un çox vaxt onların xəbəri olmadan baş verən çoxlu istifadəçi məlumatlarını toplaması və məzmunu manipulyasiya etməsi ilə izah edir. Bundan əlavə, Çin qanunvericiliyi sosial şəbəkəni ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə məcbur edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti