...

Türkiyənin zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı açıqlanıb

Cəmiyyət Materials 13 Mart 2023 10:40 (UTC +04:00)
Türkiyənin zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, AYNA tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız dünən Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib.

"Bu günə kimi 16 reys həyata keçirilib və 639 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatıb. Vətəndaşlar ödənişsiz Bakıya daşınıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti