...

Məhsullarda yeni etiketlənmə tələbləri müəyyənləşdirilib - Qoşqar Təhməzli

Cəmiyyət Materials 15 Mart 2023 11:25 (UTC +04:00)
Məhsullarda yeni etiketlənmə tələbləri müəyyənləşdirilib - Qoşqar Təhməzli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elə məhsullar var ki, əslində o məhsulun tərkibindəki xüsusiyyətlər məhsulun özəlliyini göstərmir. Məsələn, süd məhsulu haqqında məlumat versək, həmin məhsulun üzərindəki kalsium elementi olmalıdır. Həmin kalsium hər hansı bir özəllik ehtiva etmir. Amma buna baxmayaraq bizim bir sıra sahibkarlıq strukturları bunu çox özəl bir göstərici kimi qablaşdırmanın üzərində xüsusi bölmədə önə çəkməklə göstərmək istəyirlər ki, bu da, istehlakçıların aldadılmasına xidmət edir.

Trend-in məlumatına görə, bunu bu gün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” qanun istehlakçılara doğru və düzgün məlumatların verilməsini, onları çaşdıracaq informasiyaların məhsulların üzərində yerləşdirilməməsi üçün yeni etiketlənmə tələbələrinin müəyyənləşdirir.

Onun sözlərinə görə, qanunda bilavasitə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı çoxşaxəli Tədbirlər Planı nəzərdə tutulub.

“Həmin Tədbirlər Planının müvafiq müddəalarına əsasən mərhələli şəkildə bu istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı işlər həyata keçirilməyə başlanıb. Belə ki, Qida Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş qida təhlükəsizliyi sisteminin təmin edilməsi sahəsində bir sıra yenilikləri ehtiva etməklə eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem təhlükəsizliyi ilə bağlı münasibətləri tənzimləyir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti