...

AMEA-da magistratura üzrə yerlərin 90 faizinə qəbul olub - Şöbə müdiri

Cəmiyyət Materials 16 Mart 2023 12:15 (UTC +04:00)
AMEA-da magistratura üzrə yerlərin 90 faizinə qəbul olub - Şöbə müdiri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

AMEA-da magistratura ölkə başçısının Fərmanı ilə 2015-ci ildə yaradılıb və bu günədək ümumilikdə 749 plan yeri ayrılıb ki, bu plan yerlərinə qəbul 649 nəfər olub. Bu isə təxminən 90% qəbul deməkdir.

Trend xəbər verir ki, bu sözləri bu gün AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, tex.e.ü.f.d., dosent Hüseyn Hüseynov Akademiyanın Ümumi yığıncağında “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr” mövzusunda əsas məruzəyə əlavəsində deyib.

Akademiyada bu günədək magistratura pilləsi üzrə ümumi məzun sayının 377 nəfər olduğunu deyən Hüseyn Hüseynov həmin gənclərdən 179 nəfərin Akademiyada qalaraq öz elmi fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb:

“Bu göstərici məzunların təxminən 50%-i deməkdir. Buradan da göründüyü kimi, Akademiyada gəncləşmə siyasətində magistraturanın çox boyük rolu var. Akademiyaya qəbul ən çox Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində (FRTEB) qeydə alınmışdır. Bu bölmə üzrə qəbul sayı 220 nəfər, Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) üzrə 152 nəfər, Kimya Elmləri Bölməsi (KEB) üzrə 105 nəfər, Yer Elmləri Bölməsi (YEB) üzrə 74 nəfər, İctimai Elmlər Bölməsi (İEB) üzrə 54, Humanitar Elmlər Bölməsi (HEB) üzrə isə 44 nəfər olmuşdur. Akademiyada qalıb elmi fəaliyyətini davam etdirənlər üçün isə bu mənzərə tam fərqlidir. Məsələn, KEB-də 60 nəfər, BTEB-də 47 nəfər, FRTEB-də 43 nəfər, YEB-də 17 nəfər, İEB-də 7 nəfər, HEB-də isə 5 nəfərdir”.

Fəlsəfə və elmlər doktoru proqramı üzrə kadr hazırlığı haqqında da məlumatı təqdim edən şöbə müdiri bildirib ki, hesabat ilində fəlsəfə doktoru hazırlığı üzrə Akademiya üçün 293 yer ayrılıb, burada qəbul sayı 160 nəfər olub və 143 nəfər müdafiə edib.

“Elmlər doktoru hazırlığı üzrə isə ayrılan plan yeri 123, qəbul sayı 81, müdafiə edənlərin sayı 45 nəfər olub. Hazırda Akademiyanın doktoranturasında elmlər doktoru hazırlığı üzrə 140, fəlsəfə doktoru hazırlığı üzrə 352 nəfər, dissertanturada isə elmlər doktoru hazırlığı üzrə 456, fəlsəfə doktoru hazırlığı üzrə 385 nəfər təhsil alır”, - deyə H.Hüseynov vurğulayıb.

Elmi işçilərin, elmlər və fəlsəfə doktorlarının yaş həddi üzrə paylanması barədə və digər statistik məlumatları diqqətə çatdıran Hüseyn Hüseynov yüksəkixtisaslı gənc kadrların hazırlanması sahəsində Akademiyada bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini söyləyib. O, AMEA-da ilk dəfə olaraq “İlin gənc alimi” mükafatının təsis olunduğunu, əməkdaşların xarici ölkələrə elmi ezamiyyətlərə və təcrübəyə göndərilməsi zamanı gənc alim və mütəxəssislərə üstünlük verildiyini, 2023-cü ilin yay mövsümündə azərbaycanlı gənc alim və mütəxəssislərin Türkiyəyə təcrübə keçməyə göndərilməsi üçün qarşı tərəflə razılğın əldə edildiyini, “Gənc tədqiqatçı” jurnalının nəşr sayının il ərzində 4 dəfəyə qaldırıldığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti