...

ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb (FOTO)

Cəmiyyət Materials 27 Mart 2023 16:34 (UTC +04:00)
ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günlərində bölgələrə qatarla daşınan sərnişinlərin sayını açıqlayıb.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün ‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC 18 mart tarixindən 26 mart tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib.

Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunmuş və bayram günlərində 1148 sərnişinə xidmət göstərilib.

Həmçinin, martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunmuşdur. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1330297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.
Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron dairəvi dəmir yolu ilə 933234 sərnişin daşınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti