...

Mərkəzi Gömrük Hospitalında PZR (COVID-19) testdən keçmək xidməti göstərilir

Cəmiyyət Materials 28 Mart 2023 10:02 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında PZR (COVID-19) testdən keçmək xidməti göstərilir

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyasında PZR (COVID-19) testdən keçmək xidməti göstərilir. PZR testinin qiyməti 65 AZN təşkil edir. PZR testi verən şəxsin burun və ağız boşluğundan yaxma götürülür. Şəxsiyyət vəsiqəsini təqdim etməklə həfrənin 6 günü saat 09:00-dan 12.00-a qədər PZR testini vermək mümkündür.PZR testinin cavabı 12 saata qədər verilir. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 avtomatik ekstraksiya olunmuş saflaşdırılmış RNT əldə etməyə imkan verir.

Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti