...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 29 Mart 2023 16:32 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 246 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 38, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 953 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 951, üç və daha çox doza vaksin vurduranların sayı 3 401 883, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 913 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti