...

“Tarixin dərsləri” layihəsinə start verilib (FOTO)

Cəmiyyət Materials 29 Mart 2023 16:56 (UTC +04:00)
“Tarixin dərsləri” layihəsinə start verilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Martın 29-da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Tarixin dərsləri” layihəsinə start verilib.

Trend xəbər verir ki, layihənin ilk qonağı müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, Velosiped Federasiyasının prezidenti general-polkovnik Mədət Quliyev olub.

Diskusiya şəraitində keçirilən müzakirədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlərindən, siyasi və dövlət xadimi kimi təcrübəsindən, vətəndaşlıq mövqeyindən, dövlətimizin möhkəmlənməsi və inkişafı üçün atdığı addımlardan bəhs edilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Akademiyanın rektoru Fuad Hacıyev, Akademiyanın tələbə və müəllim heyəti, Gənclər evlərinin rəhbərləri və metodistləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İdarə Heyətinin üzvləri, ATGTİ fəalları və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti