...

Babək prospektində hərəkətin təşkili ilə bağlı yeni layihə icra edilib

Cəmiyyət Materials 31 Mart 2023 08:42 (UTC +04:00)
Babək prospektində hərəkətin təşkili ilə bağlı yeni layihə icra edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın əsas yol sahələrindən olan Babək prospektində hərəkətin təşkili ilə bağlı yeni layihə icra edilib.

Trend xəbər verir ki, Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin təşkilinə dair dəyişikliklər həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, layihədən əvvəl qeyd olunan kəsişmədə təhlillər aparılaraq bir problemlərin mövcudluğu müəyyən edilib. Belə ki, O.Vəliyev küçəsinin birbaşa əlaqələndirilməməsi buradan keçən ictimai və digər nəqliyyat vasitələrinin izafi yürüşünə və Babək prospektindəki mövcud geriyə dönmə yerlərində sıxlıq hallarının yaranmasına səbəb olurdur. Əsas çətinliklərdən biri isə piyada piyada keçidinin çatışmazlığı idi.

Görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib. Nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.

Nəticədə O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2.5 km qısalıb. Babək prospektindəki mövcud geriyə dönmə yerlərinin nəqliyyat yükü 50%-ə qədər azalıb. Piyada əlçatanlığı və təhlükəsizliyi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti