...

Atmosferi ən çox avtomobillər çirkləndirir - STATİSTİKA

Cəmiyyət Materials 1 Aprel 2023 13:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2021-ci illə müqayisədə 50,4 min ton çoxalaraq ümumilikdə 930,6 min ton təşkil edib ki, onun da 83,0 faizi və ya 772,2­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,7 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 1,1 faiz artıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 3,9 min ton, Mingəçevir şəhərində 1,9 min ton azalmış, Sumqayıt şəhərində isə 1,7 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,0 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 108,7 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 59,5 faizini karbon oksidi, 25,0 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti