...

5 və 12 mart tarixlərində keçirilən imtahanların nəticələri bu tarixdə açıqlanacaq

Cəmiyyət Materials 3 Aprel 2023 11:17 (UTC +04:00)
5 və 12 mart tarixlərində keçirilən imtahanların nəticələri bu tarixdə açıqlanacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanı materiallarının yoxlanma prosesi davam edir.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

5 mart tarixində keçirilmiş imtahanın nəticələrinin aprelin 12-dək elan olunması nəzərdə tutulur. Ondan təxminən bir həftə sonra isə 12 martda keçirilmiş imtahanın nəticələri elan olunacaq - deyə qeyd edilib.

Xatırladaq ki, 5 mart tarixində Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti