...

Azərbaycanda daha 71 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Cəmiyyət Materials 8 Aprel 2023 17:07 (UTC +04:00)
Azərbaycanda daha 71 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Bakı. Trend:

Azərbaycanda son gündə COVID-19-a yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, son gün ərzində koronavirus infeksiyasına 71 yeni yoluxma qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.

Son sutka ərzində 1 nəfər koronavirusdan ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 830 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 608 nəfər müalicə olunaraq sağalıb, 10 197 nəfər vəfat edib, aktiv xəstə sayı 496 nəfərdir.

Ölkədə son sutka ərzində 1 035, hazırkı dövrədək isə 7 567 527 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti