Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinə yeni təyinat həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Fərzəliyeva Minarə Qəzənfər qızı Təlimə Dəstək Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş inspektor vəzifəsində çalışıb.