...

Şəhid olan hərbçimiz Vidadi Zalov dəfn olunub (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2023 11:49 (UTC +04:00)
Şəhid olan hərbçimiz Vidadi Zalov dəfn olunub (FOTO)

Bakı. Trend:

Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalov dəfn olunub.

Trend xəbər verir ki, şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti