Bakı. Trend:
Xəzər rayonunda növbəti iftar süfrəsi təşkil olunub.
Rayonun Zirə qəsəbəsində keçirilən iftar süfrəsində şəhid ailələrinin və aztəminatlı ailələrin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə “Qurani-Kərim”dən ayələr və Ramazan duaları oxunub, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Məclis iştirakçıları Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.