...

“Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verildi (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2023 17:22 (UTC +04:00)
“Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verildi (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üç gün davam edəcək aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil olunub.

Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, cəmiyyətdə ekologiyaya diqqət mədəniyyətinin təbliğinə töhfə vermək, eləcə də son illər Xəzər dənizində suyun azalması probleminə diqqəti çəkməkdir.

Ümummili Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayıb, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb.

Ekoloji aksiya zamanı Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən sahilboyu hissədə üzə çıxan 10 tona yaxın tullantının təmizlənərək utilizasiya olunması nəzərdə tutulub.

“Xəzəri qoruyaq” ekoloji aksiyasına “İnnovasiya Könüllüləri Təşkilatı”nın könüllülər qrupu da qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti