...

Bakıda daha bir marşrut kart sisteminə keçir (FOTO)

Cəmiyyət Materials 8 May 2023 08:46 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti