...

Beynəlxalq Muğam Mərkəzində "Sən elə bir zirvəsən" adlı proqram təşkil edilib (FOTO)

Cəmiyyət Materials 12 May 2023 14:00 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində "Sən elə bir zirvəsən" adlı proqram təşkil edilib (FOTO)

Bakı. Trend:

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Bəyimxanım Vəliyevanın solo konsert proqramı ilə çıxış edib. Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Sən elə bir zirvəsən" adlı proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramının qonağı olan tanınmış incəsənət ustaları Bəyimxanım Vəliyevanın muğam və sənət yolu haqqında danışıb, ifaçıya yaradıcılıq uğurları arzulayıblar. Muğamlar, xalq və bəstəkar mahnıları, klassik estradamızın sevilən və unudulmaz əsərlərini ifa edən Bəyimxanım Vəliyevanın çıxışları böyük alqışlarla qarşılanıb. İfaçını konsert boyunca "Buta" instrumental ansamblı müşayiət edib.

Bəyimxanım Vəliyeva 1998-ci ildə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin xanəndəlik ixtisası üzrə Ağaxan Abdullayevin muğam sinifinə daxil olan Bəyimxanım Vəliyeva 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının “Solo oxuma” fakültəsinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirmiş, elə həmən il də Konservatoriyanın magistr pilləsinə daxil olmuşdur. 2013-cü ildə Milli Konservatoriyanın magistr pilləsini də qırmızı diplomla başa vuran Bəyimxanım 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının doktorantura pilləsinə qəbul olmuşdur. İfaçı 2022-ci ildə “Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” adlı elmi işini müdafiə edərək “Fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülüb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti