...

Bu şəhərimizin sakinlərinə xəbərdarlıq: İçməli su kəsiləcək

Cəmiyyət Materials 24 May 2023 14:46 (UTC +04:00)
Bu şəhərimizin sakinlərinə xəbərdarlıq: İçməli su kəsiləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bununla əlaqədar 24 may 2023-cü il tarixində gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik

Məqalədə:
Xəbər lenti

Xəbər lenti