Bakı. Trend:
Dövlət imtahanının ləğvi bu il məzun olanlara şamil olunmayacaq.
Bu barədə Trend-in sualına cavab olaraq, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, dövlət imtahanının ləğvi 2023-2024 tədris ilində məzun olanlara şamil ediləcək.