...

Bu ərazidə yaşayanlara şad xəbər - “BakuBus” avtobusları işləyəcək

Cəmiyyət Materials 13 İyun 2023 10:07 (UTC +04:00)
Bu ərazidə yaşayanlara şad xəbər - “BakuBus” avtobusları işləyəcək

Bakı. Trend:

Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 172 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi “BakuBus” MMC elan olunub.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə “Ayşən-LTD” MMC-nin müvəqqəti istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi –“Koroğlu” NMM) sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

15.06.2023-cü il tarixindən bu xətt üzrə daşımalar "BakuBus" MMC istismarında olan müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə 10.000 nəfər yaxın sakini olan Bilgəh qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti