...

FHN Gəncədə subasmaya məruz qalan ərazilərlə bağlı məlumat yaydı (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 İyun 2023 17:19 (UTC +04:00)

Bakı. Trend:

Məlumat verildiyi kimi, Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə yaranan təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal müvafiq tədbirlərin görülməsinə başlayıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Yeni Gəncə və Sadıllı qəsəbələrində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti