Bakı. Trend:
“Yüksəliş” müsabiqəsində müəyyən mərhələyə çatanlara dövlət qulluğu üzrə sertifikat verilə bilər.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.
“Onların sertifikatın hansı dərəcəsinə uyğun olması müəyyənləşdirmək istiqamətində müzakirələr aparılır”,- deyə M.Abbaszadə əlavə edib.