...

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT (FOTO)

Cəmiyyət Materials 22 İyun 2023 14:35 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Seymur Qaraşovu yeni vəzifəyə təyin edib.

Trend-in əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Fövqəladə halları xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Seymur Qaraşov bundan əvvəl Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışırdı. Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti