Gəncədə qanunsuz mineral xammal çıxarılmasının qarşısı alınıb

Cəmiyyət Materials 15 İyul 2023 15:55 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Gəncə şəhəri, "Şıxdüzü" adlanan ərazidə "Abadlıq" Tikinti Materialları İstehsalı Firması tərəfindən qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürüldüyü aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı akt tərtib olunub. Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti