...

Dövlət sərhədində 2,8 milyon manatlıq qaçaqmal saxlanıldı

Cəmiyyət Materials 1 Avqust 2023 11:14 (UTC +04:00)
Dövlət sərhədində 2,8 milyon manatlıq qaçaqmal saxlanıldı

Bakı.Trend:

2023-cü ilin iyul ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 874 min 42 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, patron, dərman preparatları və tütün məmulatları saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət sərhədlərinin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti