...

53 yaşlı kişi döyüldükdən sonra öldü

Cəmiyyət Materials 8 Avqust 2023 12:28 (UTC +04:00)
53 yaşlı kişi döyüldükdən sonra öldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda 53 yaşlı kişi ölüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, 1970-ci il təvəllüdlü Göyçay rayon sakini Ruslan Süleymanovun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması, göstərilən tibbi yardımlara baxmayaraq, bu gün xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

"İlkin araşdırma zamanı R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib.

İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti