...

Toylar azalsa da, qiymətlər azalmır - Şadlıq saraylarında menyular bahalaşıb

Cəmiyyət Materials 11 Avqust 2023 17:10 (UTC +04:00)
Toylar azalsa da, qiymətlər azalmır - Şadlıq saraylarında menyular bahalaşıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda şadlıq saraylarında sifarişlərin sayı azalsa da, menyuların qiymətində isə bahalaşma qeydə alınıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, 2023-cü ilin iyul ayında şadlıq saraylarında sifarişlərin sayı 10.7 faiz azalıb.

Azalma iyul ayının ikinci yarısında Məhərrəmlik ayının başlaması ilə bağlıdır. Bununla yanaşı, şadlıq saraylarında iyul ayında qiymətlər də 5.2% artıb.

Xüsusən də 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.3%. Qiyməti 40-80 manat olan menyular 5.6% yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində isə 4.1% artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,2% təşkil edib. Halbuki, yanvar-iyun aylarının yekununda illik inflyasiya 12,7% olmuşdu.

İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3%, qeyri-ərzaq məhsulları üzrə 111%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3%, ötən ilin iyun ayına nisbətən 109,4% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti