...

Əsrarəngiz gözəllik, təbiətin möcüzəsi... - Göygöldən REPORTAJ

Cəmiyyət Materials 12 Avqust 2023 10:24 (UTC +04:00)
Əsrarəngiz gözəllik, təbiətin möcüzəsi... - Göygöldən REPORTAJ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan göllərindən söz düşəndə, şübhəsiz, ilk olaraq yada Göygöl düşür.

Trend xəbər verir ki, 1139-cu ildə Gəncədə baş verən zəlzələ zamanı Kəpəz dağının uçması nəticəsində Ağsu çayının qarşısı kəsilib və tərkibində 7 böyük, ümumilikdə isə 19 göl olan şəbəkə yaranıb.

Onlardan bir neçəsinin adı xalq arasında daha çox tanınır. Bunlar Maral, Zəli, Qara, Ördək, Çoban, Turist və digər göllərdir. Bu göllərin hər birinin özünəməxsus gözəlliyi, füsunkarlığı və ecazkarlığı var. Onların hamısını ayrı-ayrılıqda görmək, gözoxşayan gözəlliklərini yaxından seyr etmək üçün isə bir neçə gün lazımdır.

Göygöl Azərbaycanın ən gözəl təbiət muzeyi sayılır. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800, eni 800-1000 metrdir. Dərinliyi isə 96 metrə çatır.

Göygöl milli parkı 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğunun bazasında, ona bitişik meşə və dövlət torpaqlarının hesabına təşkil edilib. Göygölün faunası olduqca zəngindir, burada qorunmaqda olan forel balıqları üstünlük təşkil edir. Ətrafdakı meşələrdə isə Qafqaz maralı, vəhşi keçi, Sibir samuru, vəhşi donuz və başqa heyvanlar var.

Turistlər üçün Göygöl Milli Parkına daxil olmaq həftə ərzində saat 9:00-dan 18:00-dəkdir. Parka giriş adambaşına 2 manatdır.

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər və başqa bir neçə kateqoriyaya aid şəxslər imtiyazlı hesab olunur və ödənişdən azad edilirlər.

Göygölün gözəlliyini əks etdirən görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti