...

Evinin zirzəmisində çətənə yetişdirən şəxs ələ keçdi (VİDEO)

Cəmiyyət Materials 21 Avqust 2023 12:04 (UTC +04:00)
Evinin zirzəmisində çətənə yetişdirən şəxs ələ keçdi (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Maştağa qəsəbəsində evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində Maştağada yaşadığı evin zirzəmisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan qəsəbə sakini Zaur Quliyev saxlanılıb. Evə baxış zamanı Zaur Quliyevin kultivasiya etdiyi çəkisi 11 kiloqram olan 96 ədəd çətənə kolu aşkar olunub.

Araşdırma zamanı saxlanılan şəxsin çətənə bitkilərini yetişdirmək üçün zirzəmidə xüsusi havalandırma, işıqlandırma sistemi yaratdığı və oranı ultrabənövşəyi şüalarla təmin etdiyi məlum olub. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti