...

Qanunsuz silaha görə saxlanılan şəxsin başqa cinayəti də üzə çıxdı

Cəmiyyət Materials 22 Avqust 2023 14:03 (UTC +04:00)
Qanunsuz silaha görə saxlanılan şəxsin başqa cinayəti də üzə çıxdı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda qanunsuz silaha görə saxlanılan şəxsin başqa cinayəti üzə çıxıb.

Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 4-də Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah-sursat saxladığına görə tutulmuş Şahmar Sadıxovun cari il mayın 23-də rayon ərazisində yerləşən həyətyanı sahələrin birindən 4000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti