...

Bakıda sevgilisinin ərini bıçaqlayan Olimpiya çempionundan XƏBƏR VAR

Cəmiyyət Materials 23 Avqust 2023 02:17 (UTC +04:00)
Bakıda sevgilisinin ərini bıçaqlayan Olimpiya çempionundan XƏBƏR VAR
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin ərini bıçaqlamaqda və quldurluqda təqsirləndirilən Azərbaycanın tanınmış güləşçisi, Olimpiya çempionu, I Avropa Oyunları, Avropa və Dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş şəxsin 10 yaşlı oğlu ifadə verib. O bildirib ki, Elman Muxtarovun onun anası ilə münasibətləri olub: "Mən həyətdən gəlirdim. Bir kişi arxamca gəldi mənimlə evə girdi. Atam öz otağında, anam isə mətbəxdə idi. Həmin şəxs mətbəxə keçib qapını bağladı. Mən ağladım. Anam gəlib məni sakitləşdirdi, dedi ağlama, keç otağında otur, yenə qapını bağladılar. Bir müddətdən sonra atam gəldi, dava düşdü, atamı döydü".

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti