...

Ağcabədidə istehlaka yararsız ət aşkarlandı

Cəmiyyət Materials 23 Avqust 2023 15:07 (UTC +04:00)
Ağcabədidə istehlaka yararsız ət aşkarlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə istehlaka yararsız ət aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri Daxili İşlər Nazirliyinin polis əməkdaşları ilə birgə aparılmış reyd zamanı Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaş Nəbiyev Elmir Kərim oğluna məxsus həyətyanı sahəyə baxış keçirib.

Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ hüquqi aktların tələblərinə cavab verməyən 150 kq istehlaka yararsız ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edlib. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti