...

Xaçmazda 59 yaşlı qadın itkin düşüb

Cəmiyyət Materials 28 Avqust 2023 12:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonu ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova iyulun 18-i axşam saatlarında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti