...

Kəlbəcərdə bu il 4719 ha minalardan təmizlənib

Cəmiyyət Materials 1 Sentyabr 2023 13:39 (UTC +04:00)
Kəlbəcərdə bu il 4719 ha minalardan təmizlənib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il ərzində Kəlbəcər rayonu ərazisində yaşayış infrastrukturu, energetika və ekoloji layihələr olmaqla 4719 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Trend xəbər verir ki, bu barədə azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Kəlbəcərdə keçirilən növbəti səyyar iclasında məlumat verilib.

İclasda işğaldan azad edilmiş ərazilərdə hökumət tərəfindən müəyyən edilmiş müvafiq layihələrin icrası məqsədilə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub, eləcə də əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.

Xatırladaq ki, avqustun 21-dən 27-dək-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

528,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti