...

Hikmət Abbasovun yerinə polkovnik təyin edilib

Cəmiyyət Materials 4 Sentyabr 2023 16:36 (UTC +04:00)
Hikmət Abbasovun yerinə polkovnik təyin edilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyində (FHN) struktur dəyişikliyi olub.

Trend xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti