Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən bu ilin avqustun 29-dan sentyabrın 1-dək olan müddətdə respublika ərazisində yol infrastrukturu sahəsində aparılan təmir, tikinti və digər işlərlə bağlı məlumat açıqlanıb.
Agentliydən Trend-ə bildirilib ki, sözügedən müddət ərzində yeni yerüstü piyada keçidinin inşası davam edir, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna aşan irigövdəli ağaclar kənarlaşdırılıb, Giləzi-Xızı avtomobil yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna aşan ağaclar kənarlaşdırılıb.
Qeyd edək ki, yeni piyada keçidi vətəndaşların istifadəsinə verilib və Şəkidə selin yollarda yaratdığı fəsadlar aradan qaldırılıb.