...

Bu avtomobil sahibləri cərimələnəcək - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 11 Sentyabr 2023 12:13 (UTC +04:00)
Bu avtomobil sahibləri cərimələnəcək - RƏSMİ AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda hərəkət intensivliyində artım müşahidə olunacaq və artıq bu hiss olunmaqdadır.

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, yollarda dayanma-durma tələblərinin pozulmasının qarşısının alınması, məktəblər və universitetlərin qarşısında avtomobilləri 2-3 cərgə saxlayıb yolun hərəkət intensivliyinə təsir edən halların aradan qaldırılması üçün yol patrul xidmətinin əməkdaşları həm yollarda nizamlayıcı qismində, həm də xüsusi texniki vasitələr ilə elektron qaydada qayda pozanlara qarşı avtomatik rejimtə tədbirlər görəcək.

“Bütün vətəndaşlardan məsuliyyətli rəftar etməyi, ətrafdakı insanların təhlükəsizliyinə xələl gətirən, hərəkətinə mane olan addımlardan çəkinməyi xahiş edirik. Dövlət yol polisi əməkdaşları da tədris ilinin başlanması ilə əlaqədar olaraq yollardakı mümkün və ehtimal olunan hərəkət sıxlığını nəzərə alaraq öz xidmətini gücləndirilmiş qaydada həyata keçirəcək.

Vətəndaşlarımızdan əsas xahişimiz ondan ibarətdir ki, yaxın məsafələrdə maksimum dərəcədə şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyatla hərəkət etmək mümkün olduğu halda şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırıb daha çox ictimai nəqliyyata üstünlük versinlər, yollarda hər hansı neqativ hallarla üzləşməmək üçün qaydalara riayət etsinlər, məhz məktəb qarşısında, xüsusilə də o məktəblər ki, onların qarşısındakı yollar şəhər infrastrukturunda nəqliyyat dəhlizi rolunu oynayır və həmin yollarda avtomobillərin saxlanması digər paralel küçələrdə hərəkətə mənfi təsir göstərir.

Vətəndaşlarımız bu məsələlərə son dərəcə diqqətli və düzgün yanaşmalıdır ki, ümumi vəziyyətdə çətinliklər yaranmasın”, - deyə A.Əsgərli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti