Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (4-10 sentyabr ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 4-dən 10-dək Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.
Əməliyyatlar zamanı 31 ədəd piyada və 12 ədəd tank əleyhinə mina, 214 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilkidə 5,246 ha ərazi yoxlanılıb.
Xatırladaq ki, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1 020 mina və 1 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.