Bakı. Trend:
Sumqayıtda keçmiş məhkum narkotiklə tutulub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Qarayevin evinə baxış zamanı oradan 204 qramdan artıq heroin, 71 ədəd metadon həbi, tiryək, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.