...

DİN Qarabağdakı antiterror tədbirləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 19 Sentyabr 2023 17:28 (UTC +04:00)
DİN Qarabağdakı antiterror tədbirləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Trend xəbər verir ki, bunu nazirliyin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev sentyabrın 19-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqizidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti