...

Özəl sektorda muzdlu işçi sayı dövlət sekorundan 10 dəfə sürətlə artıb

Cəmiyyət Materials 26 Sentyabr 2023 11:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda iqtisadiyyatda əlavə dəyərin formalaşmasında özəl sektorun payı 83 faizdən çoxdur. Bu gün Azərbaycanda muzdlu işləyənlərin təxminən 50 faizə yaxını özəl sektorda çalışır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.

O qeyd edib ki, son 5 ildə dövlət sektorunda muzdlu işləyənlərin sayı cəmi 20 min artmışdısa, özəl sektorda bu artım 200 mini keçib.

Komitə sədri əlavə edib ki, rəqabət bazar iqtisadiyyatının mühərrikidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti