Bakı. Trend:
Təhsil İnstitutuna direktor səlahiyyətlərini icra edən şəxs təyin olunub.
Elm və Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifə Elnur Əliyevə həvalə edilib.
Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.
Xatırladaq ki, bir müddət əvvəl Təhsil İnstitutunun keçmiş direktoru Rüfət Əzizov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.