...

Bakıda sürücülərə təhlükə yaradan yeniyetmələr saxlanıldı (VİDEO)

Cəmiyyət Materials 5 Oktyabr 2023 09:05 (UTC +04:00)
Bakıda sürücülərə təhlükə yaradan yeniyetmələr saxlanıldı (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər:

"Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər".

Faktla bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti